Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

MDB Dövlət Başçıları Şurasının iclası başladı

 

MDB Dövlət Başçıları Şurasının iclası başladı
Tacikistan paytaxtı Düşənbə şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası başlayıb. 
Yenixeber.org: Sammit “Somon” sarayında keçiriləcək. Şuranın iclasında Azərbaycan, Belarus, Qırğızıstan, Qazaxıstan, Moldova, Özbəkistan prezidentləri, Türkmənistanın baş nazirinin müavini, Ermənistanın baş naziri iştirak edir.
Dövlət başçılarını Tacikistan prezidenti Emoməli Rəhmon qarşılayıb. Əvvəlcə dövlət başçıları xatirə şəkli çəkdiribər. Daha sonra MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçiriləcək. İclasda dövlət başçıları qurum çərçivəsində dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsi, Şuranın növbəti iclasının keçirilmə yeri və tarixi, təşkilata sədrlik haqqında fikir mübadiləsi aparacaqlar.

Dövlət başçılarının geniş tərkibdə iclasında qarşılıqlı siyasi əlaqələr məsələləri, mədəni-humanitar sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə təhlükəsizliyin təmin olunması müzakirə ediləcək, habelə MDB-də hüquqi və təşkilati-kadr təminatının təkmilləşdirilməsinə yönəldilmiş layihələr nəzərdən keçiriləcək.

Qeyd edək ki, iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam