Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Bakıda Qarabağla bağlı mitinq keçirilib- Yenilənib

    

Bakıda Qarabağla bağlı mitinq keçirilib - Yenilənib
Bakıda "Qarabağa azadlıq" adı altında mitinq keçirilib.
 Yenixeber.org: Mitinq iştirakçıları Yasamal rayonundakı "Məhsul" stadionuna toplaşıblar. 

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Ardınca QAT sədri Akif Nağı çıxış edib.

O, beynəlxalq təşkilatlardan münaqişənin həllinə diqqət ayırmağı tələb edib. Bildirib ki, münaqişə sülh yolu ilə həll olunmasa, hərb yolu qaçılmazdır. 

Mitinq çıxışlarla davam edib. "Qarabağa azadlıq" mitinqində iştirak edənlərin sayı təxminən 2 min nəfərə yaxın olub.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə keçirilən mintinqə icazə verib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam