Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Makedoniyada referendum keçirilir-ölkənin adı ilə bağlı

 

Makedoniyada ölkənin adı ilə bağlı referendum keçirilir
Makedoniyada ölkənin adının dəyişdirilməsi haqqında məşvərət referendumunda səsvermə başlayıb.
Yenixeber.org: Ölkənin Dövlət Seçki Komissiyasının (DSK) verdiyi məlumata əsasən, referendumda 1 806 336 nəfər səs verə biləcək. Referendum 07:00-dan 19:00-dək davam edəcək.

Səs verənlər "Makedoniya Respublikası və Yunanıstan Respublikası arasında sazışı qəbul etməklə Aİ və NATO-ya daxil olmağı dəstəkləyirsiz?" sualına cavab verəcəklər.

Referendum məşvərət xarakteri daşıyır. Lakin Makedoniyanın qanunvericiliyinə əsasən, referendumun uğurlu keçməsi üçün ona seçicilərin yarısından çoxunun - 903 min vətəndaşın səs verməsi tələb olunur.

Yunanıstan hakimiyyəti iyunun 17-də Makedoniya Respublikası ilə saziş imzalayıb. Saziş artıq 25 ildən çox sürən keçmiş Yuqoslav ölkəsinin adı ətrafında problemin həllini nəzərdə tutur. Yunanıstan ölkənin cənubunda yerləşən Makedoniya vilayəti ilə qarışıqlığın olmaması üçün, keçmiş Yuqoslav ölkəsinin adının dəyişdirilməsini tələb edib. Ehtimal olunur ki, ölkənin adı Şimali Makedoniya Respublikası olacaq.

Qeyd edək ki, ölkələr arasında saziş Skopye üçün NATO və Avropa İttifaqına yol açır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam