Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

AŞPA-dan Paşinyana seçki xəbərdarlığı

    

AŞPA-dan Paşinyana seçki xəbərdarlığı
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Ermənistandakı siyasi qüvvələri demokratiya və qanunun aliliyi prinsiplərinə tam şəkildə hörmət etməyə, növbədənkənar parlament seçkilərinə hazırlaşarkən tələskənliyə yol verməməyə çağırıb.
 Yenixeber.org: Bu barədə AŞPA-nın monitorinq qrupunun Ermənistan üzrə həmməruzəçisi Yuliya Levoçkina bildirib. 

“Biz Ermənistanda növbədənkənar seçkilərin keçirilməsinə dair çağırışları başa düşürük, amma bu seçkilərin keçirilməsi zamanı Ermənistan hökumətini və bütün siyasi qüvvələri Avropa norma və standartlarına tam şəkildə riayət təmin etməyə çağırırıq. Seçkilərə hazırlıq üçün Ermənistandakı bütün siyasi qüvvələrin kifayət qədər vaxta malik olması vacibdir”, – deyə Levoçkina vurğulayıb. 

AŞPA nümayəndəsi onu da bildirib ki, Ermənistanda Seçki Məcəlləsinə istənilən dəyişiklik Venesiya komissiyasının təlimatlarına tamamilə uyğun gəlməlidir. Bu səbəbdən də, AŞPAErmənistanda növbədənkənar seçkilər və mümkün konstitusiya islahatlarının həyata keçirilməsi üçün tələsməməyi məsləhət görüb. 

Erməni KİV-ləri AŞPA-nın bu bəyanatını Ermənistan baş naziri Nikol Paşinyana xəbərdarlıq kimi qiymətləndirib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam