Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Azərbaycandan Həştərxana getmək rahat olacaq

    

Azərbaycandan Həştərxana getmək rahat olacaq
Rusiyanın Həştərxan vilayəti ilə Azərbaycan arasında daha az büdcəli gəmilərin istifadəyə verilməsi müzakirə edilir.
Yenixeber.org: Bunu açıqlamasında Dövlət Turizm Agentliyinin rəsmi nümayəndəsi Kənan Quluzadə deyib. 

O bildirib ki, hər iki tərəfin su nəqliyyatı ilə əlaqəyə diqqət və marağı var. "Bu gün quru yolu ilə Azərbaycan-Həştərxan arasında gediş-gəliş bir az çətindir. Həm məsafə uzaqdır, həm də digər faktorları nəzərə almaq lazımdır. Sərhədləri keçmək turistlər üçün çətinliklər yaradır. Bundan əlavə, Həştərxan və Bakı arasında birbaşa uçuşlar yoxdur. Ən əlverişli yol su yoludur. Bununla bağlı danışıqlar gedir".

K.Quluzadə qeyd edib ki, Azərbaycanla Rusiya arasında turizmin inkişafına böyük diqqət yetirilir: "Stavropol, Dağıstan, uzaq Altay diyarı ilə danışıqlarımız davam edir. İlin sonuna qədər Azərbaycanın rəsmi turistik nümayəndəliyinin Rusiyada açılması planlaşdırılır".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam