Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

ABŞ iki yeni raketli sualtı atom qayığını suya buraxıb

 "Virginia" tipli, "Vermont" və "Delaware" torpedo silahları ilə təchiz edilmiş iki yeni atom sualtı qayığı suya endirilib.

Yenixeber.org: Məlumata görə, bu barədə ölkənin Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti xəbər verib.

Xəbərdə bildirilir ki, hər bir sualtı qayığın inşası 2,7 milyard dollara başa gəlib.

"Vermont"un Hərbi Dəniz Qüvvələrinə verilməsi mərasimi Konnektikut ştatında, Qroton şəhərində, hərbi-dəniz bazasında keçirilib. "Delaware" Virciniyadakı Nyuport-Nyus bazasında suya buraxılıb.

Sualtı qayıqlardan tikintisinə 2013-cü ildə başlanıb. Onlar ölkənin Hərbi Dəniz Qüvvələri üçün bu tipdən yaradılan sayca 18 və 19-cu sualtı qayıqlardır. Qayıqların Hərbi Dəniz Qüvvələrinin tabeliyinə verilməsi 2019-cu ilin əvvəllərində reallaşacaq.

Qeyd edək ki, bir müddət əvvəl Avstraliyanın ilk sualtı qayığının qalıqları itməsindən 103 il sonra tapılıb


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam