Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Qızılağac Qoruğunda yanğın söndürülüb

 

Qızılağac Qoruğunda yanğın söndürülüb
Qızılağac Dövlət Təbiət Qoruğunda dünən axşam saatlarında başlayan yanğın söndürülüb.
Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən saytımıza daxil olan rəsmi məlumatda bildirilib ki, oktyabrın 25-i saat 21:30 radələrində Qızılağac Milli Parkı ərazisinin Kiçik Körfəz sahəsində yanğın hadisəsi baş verib. Yanğının söndürülməsinə dərhal Milli Parkın əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub.

Yanğın su akvatoriyasının daxilində olan qamışlıqda baş verdiyindən texnikanın əraziyə keçməsində çətinliklər yaranıb, əsasən əl əməyindən istifadə edilib. Görülən operativ tədbirlər nəticəsində yanğın gecə saatlarında söndürülüb. Yanğın nəticəsində bir neçə hektar qamış örtüyü yanıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam