Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağa gəliblər

 

 

 ATƏT-in Minsk qrupunun həmsədrləri - Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın işğal altında olan Xankəndi şəhərinə gəliblər.

Yenixeber.org: Ermənistan KİV-ləri xəbər verir ki, vasitəçilər oktyabrın 30-da Yerevanda Ermənistan rəhbərliyi ilə danışıqlar apardıqdan sonra  Dağlıq Qarabağa yollanıblar.  

Minsk qrupunun həmsədrləri Xankəndidə separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüblər. Görüşdə cəbhə xəttindəki vəziyyət müzakirə edilib.

Qeyd edək ki, oktyabrın 29-da həmsədrlərin bölgəyə səfəri başlayıb. Onlar öncə Yerevanda olub, bir sıra görüş keçiriblər. Onlar oktyabrın 31-də Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçiriləcək növbəti monitorinqdə iştirak edəcəklər. Həmsədrlər daha sonra Bakıya gələcəklər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam