Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

D-8 XİN rəhbərləri Antalyada görüşəcək

Noyabrın 3-də Türkiyənin Antalya şəhərində D-8 zirvəsi keçiriləcək.

Yenixeber.org: Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi informasiya yayıb.

“Türkiyənin hələ də sədrlik etdiyi D-8 İnkişaf edən Ölkələr Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 18-ci toplantısı cənab nazirimizin ev sahibliyi ilə 3 noyabr 2018-ci il tarixində Antalyada keçiriləcək. Sözügedən toplantıda 2017-ci il İstanbul zirvəsində qəbul edilən qərarların icrası, üzv ölkələr arasındakı əməkdaşlığın gücləndirilməsi və D-8 təşkilatının daha fəal çalışması imkanları qiymətləndiriləcəkdir”, - XİN-in açıqlamasında deyilib.

Qeyd edək ki, D-8 Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə 22 oktyabr 1996-cı ildə İstanbulda Banqladeş, İndoneziya, İran, Malaziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransı ilə qurulub. 15 iyun 2017-ci ildə İstanbulda, Çırağan Sarayında təşkilatın 20 illiyi qeyd edilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam