Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Yaralanmış hərbçimiz vətənə qayıtdı

 

"Xeberinfo.com": Erməni Silahlı Qüvvələrinin kəşfiyyat-təxribat qruplarının hücum cəhdinin qarşısının alınması zamanı yaralanan, sonradan müalicəsini davam etdirmək üçün Türkiyəyə yola salınan gizir Ədalət Məmmədov noyabrın 29-da vətənə qayıdıb.


Ədalət Məmmədovu Heydər Əliyev Beynəlxalq Aeroportunda Müdafiə Nazirliyinin, Türkiyənin ölkəmizdəki səfirliyinin nümayəndələri və hərbçinin yaxınları qarşılayıblar.

Müalicədən sonra özünü yaxşı hiss etdiyini bildirən Ə.Məmmədov deyib: “Göstərilən yüksək diqqət və qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə və xalqımıza təşəkkür edirəm”.

Gizirin qardaşı Vilayət Məmmədov müalicə prosesinin uğurla keçdiyini vurğulayaraq deyib: “Düşmən hücumunun qarşısını alarkən yaralanmış hərbi qulluqçularımızın, o cümlədən qardaşımın tezliklə sağalıb Vətənə qayıtması üçün göstərilən diqqətə görə ailəmiz adından Azərbaycan və Türkiyə dövlətlərinə minnətdarlığımı bildirirəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam