Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

NATO-nun Baş katibi Əfqanıstana gəlib –Gözlənilmədən

yens-stoltenberq

 Xarici KİV-lərin verdiyi xəbərə görə, Baş katib Yens Stoltenberq başda olmaqla, NATO nümayəndə heyəti Əfqanıstana elan olunmamış səfər edib. Səfər terrorçuların hərbi obyektlərə silsilə hücumlarından sonra gerçəkləşib.

Yenixeber.org: Alyansın nümayəndəsi Oana Lunqeskunun «Tvitter»ə xəbər verdiyi kimi, təhlükəsizlik mülahizələrindən dolayı, səfər barədə əvvəlcədən məlumat verilməyib. Stoltenberqdən başqa, NATO hərbi komitəsinin rəisi Stüart Piç və NATO-nun Avropadakı birləşmiş qüvvələrinin komandanı Kertis Skaparotti də Kabuldadır.

Səfərin gedişində Baş katib Əfqanıstanın prezidenti Əşrəf Qani, hökumət üzvləri və NATO-nun Əfqanıstandakı missiyasının komandanı Skott Millerlə, NATO-nun böyük mülki nümayəndəsi Kornelius Tsimmermanla və missiyanın hərbi heyəti ilə görüşəcək.

Gözlənildiyi kimi, Stoltenberq hərbçilərlə silahlıların bu yaxınlarda NATO obyektinə hücumunu müzakirə edəcək. Hücum nəticəsində ABŞ-ın Nort Oqden şəhərinin (Yuta ştatı) meri Brent Teylor həlak olub.

Bundan başqa, tərəflər NATO müşavirləri və təlimatçıları missiyasının genişləndirilməsini, «Taliban» hərəkatı ilə danışıqların perspektivlərini və əfqan ordusunun maliyyələşdirilməsi məsələlərini də müzakirə edə bilərlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam