Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

DİN və AQTA-dan əməliyyat:Yarım ton ət…

 

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.

Yenixeber.org: DİN-dən verilən məlumata görə, növbəti belə tədbir DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə noyabrın 15-də Göyçay rayonu ərazisində keçirilib.

Birgə tədbirlərlə noyabrın 15-də saat 7 radələrində Göyçay rayonu ərazisində Mingəçevir şəhər sakini Məhəmməd Mehdiyevin idarə etdiyi QAZ-3110 markalı avtomobilin yük yerindən mənşəyi bilinməyən, çəkisi 500 kiloqram ət aşkar edilərək götürülüb.

Ətdən götürülmüş nümunələr ekspertiza keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.(axar)

Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam