Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Vəkilliyə qəbul imtahanı bu tarixdə olacaq

 

 

Vəkillər Kollegiyası (VK) ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunmuş razılığa əsasən, dekabrın 23-də Kollegiya üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsinin keçirilməsi nəzərdə tutulub.

Yenixeber.org: Kollegiyadan verilən məlumata görə, Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan əvvəlki yazılı test imtahanlarından fərqli olaraq kompüter vasitəsilə - elektronlaşdırılmış qaydada həyata keçiriləcək.

Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarında iştirak etmək istəyən şəxslər dekabrın 20-dək Sənəd Qəbulu Komissiyasına müraciət edə bilərlər.

İmtahan mərkəzindəki kompüterlərin sayı nəzərə alınaraq, mərkəzdə 180-dək namizəd imtahan verəcək. Bu səbəbdən daxilolma tarixi/vaxtı üzrə ərizələri qəbul olmuş ilk 180 namizəd imtahana buraxılacaq. Dəvət ediləcək şəxslərin imtahana buraxılıb-buraxılmamaları barədə məlumat onlara müraciətlərinin daxil olduğu gün veriləcək. Dekabrın 23-də keçiriləcək imtahana buraxılmamış şəxslər ardıcıllıqla növbəti aylarda təşkil ediləcək imtahanlarda iştirak üçün dəvət olunacaqlar.

Bundan əvvəlki – yanvarın 28-də keçirilmiş qəbul imtahanında iştirak etmiş və imtahanı müvəffəqiyyətlə keçə bilməmiş şəxslər dekabrın 23-dəki imtahanda iştirak edə bilməzlər.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam