Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

6 nəfər axtarışa verildi-Ayı ovlayıblar

 

Ayını ovlayan 6 nəfər axtarışa verildi
Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Basqal meşəbəyliyinin 4 saylı dolayında atəş səsləri eşidilib.
Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) verilən məlumata görə, dolayın mühafizə yegeri həmin istiqamətə yaxınlaşarkən 6 nəfər tərəfindən qonur ayının ovlandığını müşahidə edib.

Xidməti vəzifəsini yerinə yetirən mühafizə yegeri brakonyerləri saxlamağa çalışsa da, onlar qanuni tələblərə məhəl qoymayaraq ərazidən uzaqlaşıblar. Bu zaman yeger tərəfindən naməlum şəxslərin video görüntüləri çəkilib.

Brakonyerlərin şəxsiyyətinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları üçünİsmayıllı rayon Polis Şöbəsinə müraciət edilib və maddi sübut kimi video görüntülər polis şöbəsinə təqdim olunub.

Adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş Qonur ayını ovlayan şəxslərin kimliyinin müəyyənləşdirilməsi məqsədilə hazırda tədqiqat aparılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam