Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Prezident Milorad Dodiki təbrik edib

 

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Milorad Dodikə təbrik məktubu ünvanlayıb. 

Yenixeber.org: Məlumata görə, təbrik mətnində deyilir:  

"Hörmətli cənab Sədr,

Bosniya və Herseqovinanın milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, qarşıdakı fəaliyyətinizdə uğurlar, Bosniya və Herseqovinanın dost xalqına əmin-amanlıq və rifah diləyirəm".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam