Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Paşinyanın oğlunun Qarabağda hərbi xidmətdə olması YALAN ÇIXDI

 

Paşinyanın oğlunun Qarabağda hərbi xidmətdə olması YALAN ÇIXDI

Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan ölkədə oğlunu hərbi xidmətə göndərən yeganə lider olduğunu bildirib.

Yenixeber.org: Ermənistan mediasına istinadən xəbər verir ki, Paşinyan bu barədə Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonunda seçicilərlə görüş zamanı danışıb.


Paşinyan bildirib ki, o, Ermənistanda oğlunu Qarabağda xidmətə göndərən yeganə liderdir: “Ermənistan və Qarabağa rəhbərlik edən şəxslərin oğulları isə nə Ermənistanda, nə də Qarabağda xidmət edib”.

Paşinyanın bu açıqlaması Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində separatçıların narazılığına səbəb olub.

Separatçıların nümayəndəsi David Babayan Paşinyanın dediyi sözləri sübut etməsini istəyib.

Separatçıların rəhbərinin “hərbi nümayəndəsi” Tiqran Abramyan isə Paşinyanın oğlunun ümumiyyətlə hərbi xidmətdə olduğunun şübhəli olduğunu açıqlayıb.

Qeyd edək ki, Paşinyan ictimai nüfuz qazanmaq üçün oğlunu Qarabağda hərbi xidmətə göndərdiyi deyilsə də, əslində bunun yalnız kağız üzərində olduğu haqqında məlumatlar var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam