Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Lukaşenko Əliyev haqda danışdı –Belarus TV

 

Belarusun İctimai Televiziyası Azərbaycan Prezidenti İlham Əliyevin Minskə səfərindən geniş reportaj yayımlayıb.

Yenixeber.org: Reportajda Aleksandr Lukaşenkonun İlham Əliyevi necə böyük hörmətlə qarşılayıb-yola saldığı diqqətə çatdırılıb. Qeyd olunub ki, Belarus və Azərbaycan aralarında iki min kilometrdən artıq məsafə olmasına baxmayaraq, çox yaxın tərəfdaşlardır. Belarus Prezidenti azərbaycanlı həmkarını “daim etibar edilməli olan əsl dost” adlandırır.

“Belarus və Azərbaycan bütün istiqamətlərdə əməkdaşlığa hazırdırlar, dost ölkələr kimi bir-birinə kömək edirlər. Azərbaycan Prezidentinin bu səfəri dövlət başçılarının dostluğunu bir daha sübut etdi”, - deyə aparıcı vurğulayıb.

Reportajda Azərbaycan ilə Belarus arasında münasibətlərin inkişafından ətraflı bəhs olunub. Qeyd edilib ki, Belarus üçün ağır vaxtlarda Azərbaycan daim ölkəyə dəstəyini nümayiş etdirib. Rusiya ilə enerji mübahisələri zamanı isə Belarusa ekspress-kreditlə yardım edib.

Prezident İlham Əliyevin səfər çərçivəsində Minskdə fəaliyyət göstərən Azərbaycan Ticarət Evinə də baş çəkdiyi qeyd edilən reportajda ölkəmizin milli məhsulları haqqında məlumat verilib. Eyni zamanda, Gəncə Avtomobil Zavodunda Belarusla birgə traktorun yığılması, Bakıda Belarus məhsullarının satışı ilə bağlı məlumatlar diqqətə çatdırılıb.(azərtac)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam