Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Nazirlik yeni direktorlar təyin etdi

 

Mədəniyyət və Turizm Nazirliyi sistemində olan bir sira təhsil müəssisələrində kadr dəyişiklikləri olub.

"Xeberinfo.com": Nazirlikdən  verilən məlumata görə, sözügedən məktəblərin inkişafına yönəlmiş təşəbbüslərin dəstəklənməsi işinin uğurla davam etdirilməsi daha fəal və təşəbbüskar rəhbərlərin işə cəlb edilməsini zəruri edir.

Bu baxımdan Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində rəhbər kadr potensialının gücləndirilməsi, yeniləşdirilməsi, onların rotasiya yolu ilə yerdəyişməsi prosesi sahəsində müvafiq islahatların aparılması işi davam edir.

Nazirliyin müvafiq əmrləri ilə Bakı şəhər Ə.Bakıxanov adına 6, S.Rüstəmov adına 13, 14, 32 nömrəli uşaq musiqi, 24 nömrəli onbirillik musiqi və V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəblərinə yeni direktorlar təyin edilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam