Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Deputatlarımız Fransaya gedirlər

Deputatlarımız müzakirə olunacaq məsələlərə öz münasibətlərini bildirəcəklər.

Yenixeber.org: Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞPA-dakı daimi numayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyası komitələrinin iclaslarında iştirak etmək üçün dekabrın 10-dan 15-dək Fransaya səfər edəcəklər.

Parisdə keçiriləcək Siyasi işlər və demokratiya, Hüquqi işlər və insan haqları komitələrinin iclaslarında quruma üzv dövlətlərdə terrorizmə qarşı mübarizə, gender bərabərliyi üzrə dünya demokratik forumuna hazırlıq, demokratik seçki prosesi zamanı media azadlığının prinsipləri, referendum keçirilməsi sahəsində yeniliklər, təşkilatda prosedur qaydalardan sui-istifadə hallarının aradan qaldırılması və ekstradisiya şərtləri, üzv dövlətlərdə QHT-lərin fəaliyyəti və digər məsələlər müzakirə ediləcək.

Deputatlarımız müzakirə olunacaq məsələlərə öz münasibətlərini bildirəcəklər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam