Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“ABŞ-ın BHTP-dən çıxması terrorizmdir” – Həsən Ruhani

hesen-ruhani

İran Prezidenti Həsən Ruhani ABŞ-ın İranın nüvə sazişi üzrə Birgə Hərtərəfli Tədbirlər Planından (BHTP) çıxmağına qərar verdiyinə görə Birləşmiş Ştatların dövlət başçısı Donald Trampı terroristlərə bərabər tutub.

Yenixeber.org: Bu barədə “Al Mayadeen” telekanalı məlumat verib.

“Amerikanın nüvə sazişindən çıxması ölkəmizə qarşı yönəlmiş iqtisadi terrorizm növlərindən biridir”, – o deyib.

H.Ruhani Tehranın terror qruplaşmalarına qarşı mübarizəyə sadiqliyini vurğulayaraq bölgə dövlətlərini əməkdaşlığa çağırıb: “Bizi boykot edən ölkələr bilməlidirlər ki, onların hərəkətləri bizim terrorla mübarizə bacarığımıza heç bir təsir göstərməyəcək”.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp mayın 8-də Vaşinqtonun BHTP-dən birtərəfli qaydada çıxdığını açıqlayıb. Bundan sonra isə D.Tramp sentyabr 7-də və noyabrın 5-də İrana qarşı ABŞ sanksiyalarını yenidən bərpa edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam