Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Milli Məclisin komitələrinin səlahiyyəti artırılır

 

 

Azərbaycan Milli Məclisinin (MM) İnsan hüquqları, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və Ailə, qadın və uşaq komitəsinin səlahiyyəti artırılır.

Yenixeber.org: Bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanuna dəyişiklik edilir.

Qanuna edilən əlavə ilə, parlamentin İnsan hüquqları komitəsi Ailə, qadın və uşaq məsələləri komitəsi ilə birlikdə gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) fəaliyyəti haqqında illik məlumata baxacaq və rəy verəcək.

Digər dəyişikliklə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Hesablama Palatasının fəaliyyəti barədə illik hesabata baxacaq və rəy verəcək.

Qanun layihəsi yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam