Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Paşinyan üç separatçını işdən qovdu

 

Qondarma “dqr”in “müdafiə naziri” Levon Mnatsakanyan vəzifəsindən azad edilib.

Yenixeber.org: Bu məlumatı “Qraparak” qəzeti yayıb. Onun yerinə qondarma rejimin “baş qərargah” rəisi Karen Abramyanın təyin edildiyi bildirilib.

Vəzifədən həmçinin “təhlükəsizlik şurasının” rəhbəri Vitali Balasanyan və Bako Saakyanın müşaviri Arşavir Qaramyanın da azad edildiyi vurğulanıb.

Qeyd edək ki, bu şəxslərin hamısı bir müddət əvvəl Nikol Paşinyanın yaxın kadrlarından olan Sasun Mikayelyanın “aprel inqilabı Qarabağ savaşındakı qələbədən daha böyükdür” açıqlamasını sərt tənqid edən şəxslərdir. Məhz bu çıxışlardan sonra Paşinyan Bako Saakyana qarşı sərt tənqid səsləndirib. O, Saakyanı tabeliyində olan şəxslərə nəzarət etməyə çağırmış və seçkidən sonra bununla dərhal maraqlanacağını demişdi.

Levon Mnatskanyan bir neçə il əvvəl Qarabağa Movses Akopyanın yerinə göndərilib. Belə ki, Serj Sarkisyan sonradan Akopyanı baş qərargah rəisi edib. Mnatsakanyan Ermənistanda uzun illər ordunun təchizatına və ən gizli müqavilələrinə cavabdeh olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam