Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bakı bulvarı Yeni il bayramına hazırlaşır

     Dənizkənarı Bulvar İdarəsi Yeni il bayramı ilə əlaqədar bulvarda hazırlıqları davam etdirir. 

Yenixeber.org: Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Gunay Yelmarqızı açıqlamasında bildirib ki, artıq Dənizkənarı Milli Park ərazisi boyunca ağaclar çıl-çıraqlarla bəzədilib.

“Kukla teatrının arxasında, bulvar ərazisində olan meydanda “yolka” qurulub. Kukla teatrının yanında, yeraltı keçidin önündən bulvar ərazisi istiqamətində çıl-çıraqlarla bəzədilən, uzunluğu 35 m, eni 4,3 m və hündürlüyü 5 m olan tunel quraşdırılıb. Tunelin qurtaracağında, təxminən 30 m məsafədə diametri 5 m olan, işıqlarla bəzədilən şar quraşdırılıb. (içərisində şəkil çəkdirmək üçün). Şarın yaxınlığında Yeni İlin rəmzi olan maral qoşulmuş xizək, işıqlarla bəzədilmiş retro maşınlar qoyulacaq”. 

G.Yelmarqızı, həmçinin qeyd edib ki, ərazi işıqlarla bəzədilib, iri ölçüdə rəmzi hədiyyə qutuları və “qar adamı” da quraşdırılacaq: “Ərazidəki gəzinti qatarları və retro maşınlar bəzədiləcək, Neftçilər prospekti boyu işıq dirəklərində Azərbaycan bayrağı əks olunacaq. Yeni il hazırlıqları artıq yekunlaşmaq üzrədir. Bayram günlərində Dənizkənarı Bulvar İdarəsi paytaxt sakinləri və qonaqlara maraqlı proqramlar təqdim edəcək”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam