Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Yeni türk helikopteri təqdim olundu- VİDEO

Türkiyənin istehsalı etdiyi çoxfunksiyalı T625 helikopterinə “Gökbey” adı verilib.

Yenixeber.org: Bu haqda Türkiyənin müdafiə sənayesi sammitində dövlət başçısı Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

T-625 ən alçaq coğrafi yüksəkliklərdə və əlverişsiz şəraitdə yüksək manevrlilik imkanı olan altı ton çəkili, iki mühərrikli helikopterdir.

Helikopter ən müasir texnologiyalarla, o cümlədən idarəetmənin yüksək səmərəliliyi və keyfiyyətini təmin edən dörd oxlu ikiqat ehtiyat və avtomatik idarəetmə sistemi ilə təchiz olunub.

Helikopter iki ekipaj üzvü və ən çox 12 sərnişin üçün nəzərdə tutulub. Geniş salondan müxtəlif istismar məqsədlərinin təmin olunması üçün (məs, VIP-nəqliyyat, təcili yardım, xilasetmə-axtarış əməliyyatları və s.) istifadə etmək olar.

Çoxtəyinatlı T625 helikopterinin transmissiyası, rotor sistemi, şassisi və avtopilot sistemi Türkiyənin “Turkish Aerospace İndustries” şirkəti tərəfindən istehsal olunub.(oxu.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam