Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Tramp bu il Ağ Evdə jurnalistləri qəbul etməyəcək

ABŞ Prezidenti Donald Tramp yeni il qabağı Ağ Evdə KİV nümayəndələrinin ənənəvi qəbulunu və ziyafəti ləğv edib.

Yenixeber.org: Məlumatı “Fox” televiziyası yayıb.

“Bu il qrafikə mətbuat üçün yeni il ziyafəti daxil edilməyib. Ancaq Ağ Evə bayramqabağı ekskursiya etmək istəyən jurnalistlər və ailə üzvlərinin təklifi reallaşdırılacaq”, - Ağ Evdən bildirilib.

Ötən il Donald Tramp xanımı Melana Trampla birlikdə jurnalistləri qəbul etsə də, qonaqlarla birlikdə şəkil çəkdirmək istəməmişdi.

Qeyd edək ki, KİV nümayəndələrinin yeni il qabağı Ağ Evdə qəbulu ənənəsini ABŞ-ın 30-cu prezidenti Kalvin Kulica qoyub. O, 1923-1929-cu illərdə ABŞ-ın prezidenti olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam