Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Ağ Evdən Fətullah Gülənlə bağlı açıqlama-"Prezidentin dediyi tək şey..."

 

ABŞ prezidentinin mətbuat xidmətinin rəhbəri Sara Sanders Ağ Evdə təşkil olunan mətbuat konfransında Fətullah Gülən haqqında açıqlamalar verib.

Yenixeber.org: Sandersə verilən “ABŞ prezidenti Fətullah Gülənın deportasiya edilməsi haqqında Türkiyəyə bir işarə verdimi” sualına o, “Prezidentin dediyi tək şey bu mövzuya baxacağımızdır. Müddət haqqında isə hər hansı öhdəlik yoxdur” cavabını verib.

Sanders ABŞ prezidenti Donald Trampın keçmiş Beynəlxalq Təhlükəsizliyi üzrə məsləhətçisi Maykl Flinin Federal İstintaq Bürosu (FBİ) tərəfindən “tələyə salındığını” iddia edib.

O, Rusiya istintaqı zamanı günahını qəbul edərək prokurorluqla iş birliyi edən Flin haqqında açıqlamalar verib: “Bildiyimiz şey çox da uyğun olmayan bir yolun izlənmiş olduğudur” ifadəsini işlədən Sanders “FBİ standart protokoldan kənara çıxdı və general Flini tələyə saldı” deyib.

“FBİ-nin standart protokollardan kənara çıxmasının tək səbəbi var. Tramp hakimiyyətinə istədiklərini edəcəklərini və bunun üstünün asanlıqla örtüləcəyini düşündülər”, - deyə Sanders bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam