Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Türkiyə ABŞ-a qarşı məhkəməni uddu 

 

Türkiyə ABŞ-a qarşı məhkəməni uddu
Ankara Türkiyədən ABŞ-a ixrac edilən polad və alüminiuma qoyduğu əlavə gömrük rüsumlarına görə Vaşinqtona qarşı Ümumdünya Ticarət Təşkilatında irəli sürdüyü şikayət ərizəsi üzrə məhkəmə prosesini qazanıb. 
 Yenixeber.org: Bu barədə Türkiyənin ticarət naziri Rühsar Pekcan bəyan edib. 

“Türkiyə 18 dekabrda Ümumdünya Ticarət Təşkilatında ABŞ-a qarşı məhkəmə prosesini udub. İşə Ümumdünya Ticarət Təşkilatı sistemindəki mübahisələrin nizamlanması mexanizmi çərçivəsində baxılıb” – Pekcan Anadolu agentliyinə bildirib. 

Türkiyəli nazir onu da əlavə edib ki, Ümumdünya Ticarət Təşkilatında polad və alüminiumla ticarət sahəsində böyük işlər görülüb. 

Xatırladaq ki, avqustun 10-dan etibarən ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminiuma müvafiq olaraq 50% və 20%-lik gömrük rüsümu tətbiq edib. Trampın bu qərarı nəticəsində türk lirəsi dollar qarşısında rekord tarixi enişini yaşayaraq 40 faiz ucuzlaşıb. Ankara da cavabında ABŞ-dan idxal olunan 22 adda məhsula 533 milyon dollar həcmində əlavə tariflər tətbiq edib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam