Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

İran Atlantik okeana hərbi gəmi göndərir

 

 

 İran Dəniz Qüvvələri İkinci Komandanlığı cari ilin mart ayından Atlantik okeanının qərbinə göndərəcək.

Yenixeber.org: İran KİV-ləri xəbər verir ki, bunu İslam Respublikası Silahlı Qüvvələri dəniz qoşunlarının komandanı əvəzi, kontr-admiral Turac Həsəni-Müqəddəm bildirib.

Onun sözlərinə görə, ordunun bir eskadriyasının Atlantik okeanına göndərilməsi İran Ali Baş Komandanlığının göstərişinin icrası, ucqar sularda milli maraqların qorunması, “İranofobiya” planının zərərsizləşdirilməsi və dənizçilik xətlərinin təhlükəsizliyinin təmini edilməsi məqsədi daşıyır.

Komandan əvəzi bildirib ki, bu hərbi gəmi tapşırıq müddətində Yer kürəsini dolanacaq: ““Səhənd” helikopterdaşıyan esminesi Atlantik okeanında tapşırıq icra olunduğu müddətdə həmin gəmini müşayiət edəcək”.

Turac Həsəni-Müqəddəm bildirib ki, ordunun 59-cu eskadriliyası da hazırda Ədən körfəzində və Hind okeanının on dərəcəlik meridianında tapşırıq yerinə yetirir.

İranın bu addımına rəsmi Vaşinqton münasibət bildirməyib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam