Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Pompeodan “Ərəb NATO-su" açıqlaması:Birlik vacibdir

 

Strateji Yaxın Şərq Alyansının (MESA) formalaşması üçün Fars körfəzinin Ərəb Dövlətləri Əməkdaşlıq Şurasında birliyin bərpası vacibdir.

Yenixeber.org: Bunu Qətərdə jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

Qeyd edək ki, Qətər Pompeonun Yaxın Şərq turnesi çərçivəsində ziyarət etdiyi altıncı ölkədir. Bundan öncə Pompeo İordaniya, Misir, Bəhreyn, İraq və BƏƏ-də olub. Qətərdən sonra Pompeonun Oman, Küveyt və Səudiyyə Ərəbistanına səfəri nəzərdə tutulub.

ABŞ-ın planına əsasən, Yaxın Şərqin 8 dövləti Strateji Yaxın Şərq Alyansının (MESA) tərkibində birləşməlidir. Bu alyans bölgə təhdidlərinə qarşı mübarizə aparmaq üçün yaradılmalıdır. Vaşinqton bu alyansı xüsusilə İrana qarşı mübarizə üçün yaratmağı planlaşdırır.

MESA-nın tərkibində İordaniya, Misir, BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Qətər və Oman birləşməlidir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam