Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Tanınmış şair məhkəmədə

Güney Azərbaycandan olan tanınmış şair, milli-mədəni fəal Səid Sadiqifər İran İnqilab Məhkəməsinə çağırılıb.

Yenixeber.org: Şairdən yanvarın 23-də məhkəməyə gəlməsi tələb olunub.

Səid Sadiqifər ölkədə sabitliyi pozmaq məqsədi ilə qanunsuz qruplaşma yaratmaqda ittiham olunur. Lakin hansı qruplaşmadan söhbət getdiyi açıqlanmayıb.

Qeyd edək ki, fəal ötən ilin iyul ayında Bəzz qalasına yürüş ərəfəsində də saxlanılmışdı. Səid Sadiqifər əvvəllər də Güney Azərbaycan türklərinin demokratik və milli haqları uğrunda apardığı mədəni fəaliyyətlərə görə İranın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb və təzyiqlərə məruz qalıb.

Xatırladaq ki, keçən ilin avqust ayında Beynəlxalq Əfv Təşkilatı (BƏT) bəyanat yayaraq, İran hakimiyyətini Güney Azərbaycandan olan siyasi məhbusları azad etməyə çağırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam