Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Bakıya qar yağacaq- 0-2  dərəcə isti olacaq

Bakıya qar yağacaq -0-2 dərəcə isti olacaq

"Yanvarın 16-dan 17-ə keçən gecədən başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir".

 

Yenixeber.org: Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, havanın kəskin dəyişməsinə səbəb ölkə ərazisinə Aralıq tsiklonunun yaxınlaşmasıdır: "Yanvarın 17-dən ilk olaraq Naxçıvan Muxtar Respublikasından, Dağlıq Qarabağ, Qazax, Gəncə bölgəsində bu proses özünü göstərəcək. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33 m/s, arabir 35-38 m/s-ə çatacağı ehtimal olunur".

U.Tağıyeva əlavə edib ki, ötən günlə müqayisədə havanın temperaturu kəskin 10 dərəcə aşağı enəcək: "Respublikanın rayonlarında yağıntıların olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Yanvarın 17-dən 18-ə keçən gecə rayonlarda yolların buz bağlama ehtimalı var. Eyni zamanda, yanvarın 17-də Bakıda və Abşeron yarımadasında yağıntının sulu qara, qara keçəcəyi gözlənilir və havanın temperaturu 0-2 dərəcə isti olacaq".

O əlavə edib ki, dənizdə dalğanın hündürlüyü 6-8 metrə qədər qalxacaq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam