Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Keçmiş nazir axtarışa verildi

Ermənistanda keçmiş təbiəti mühafizə naziri Aram Arutyunyan axtarışa verilib.

 

Yenixeber.org: A.Arutyunyan Ermənistan cinayət məcəlləsinin 311-ci maddəsinin 4-cü hissəsinin iki bəndinə (vəzifəli şəxsin böyük məbləğdə rüşvət alması və rüşvət verən şəxsin lehinə qanunsuz hərəkət etməsi və ya hərəkətsizliyi) və 190-cı maddəsinin 3-cü hissəsinin 1-ci bəndinə əsasən (qeyri-qanuni yolla əldə edilmiş gəlirlərin qanuniləşdirilməsi) təqsirli bilinir.

İttihama əsasən, 8 iyun 2017-ci ildə, Ermənistan təbiəti mühafizə naziri vəzifəsini icra edərkən A.Arutyunyan sahibkar Silva Ambarsumyandan 14 milyon dollar məbləğdə rüşvət alaraq bunun müqabilində əlvan metal yataqlarının tədqiqi və işlənilməsi üçün lisenziya verib.

Bu məbləğdən altı milyon dollar keçmiş nazirin yaxınları vasitəsilə nağd pul şəklində çatdırılıb.

Rüşvətin qalan hissəsi, yəni səkkiz milyon dolları BƏƏ-də açılan müxtəlif hesablara A.Arutyunyanın dostlarının etdiyi köçürmələr yolu ilə əldə edib.

Məbləğin real mənbəyini gizlətmək məqsədilə o, vəsaitləri İsveçrədə beynəlxalq təşkilatın bank hesabına köçürüb. A.Arutyunyan bu hesabdan müntəzəm olaraq onunla yaxın münasibətlərdə olan bir şəxsə aid olan Ermənistandakı bir şirkətin hesabına pul köçürüb.

Eyni zamanda, istintaq A.Arutyunyana aid olan mülklər, mənzillər, Yerevanda yaşayış kompleksi, restoran, torpaq sahələri və 1,5 milyon dollar pul vəsaiti aşkar edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam