Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Deputatdan aparıcının şpaqatına reaksiya

 

ATV telekanalında canlı yayımlanan “Gündəlik” verilişində aparıcı Mətanət Əliverdiyevanın şpaqat açaraq paltarının cırılması sosial şəbəkələrdə və mətbuatda birmənalı qarşılanmayıb. Aparıcının etdiyi hərəkətlər qınaq obyektinə çevrilib. 

"Xeberinfo.com": Milli Teleradio Şurasının Monitorinq Şöbəsinin rəhbəri Təvəkkül Dadaşov sözügedən görüntülərlə bağlı fikir bildirib. O, şou-proqram olduğu üçün aparıcının standart hallardan nisbətən kənara çıxması mümkün olduğunu və bu hərəkətdə qanunvericiliklə kobud şəkildə pozuntu olmadığını deyib.



Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov  açıqlamasında vurğulayıb ki, təkcə ATV-də deyil, Azərbaycan Televiziyalarının hər birində bu kimi hallar var: “Əgər bu hallar sırf sənətkarlığa xidmət edirsə, tamaşaçıya yeni nəsə verirsə, təbii ki, mümkündür. Yox, həmin halları aparıcılar özlərini reklam xatirinə edirlərsə və o qınaq obyektinə çevrilirsə, əlbəttə ki, olmaz”.

Komitə sədri onu da əlavə edib ki, televiziyada bütün aparıcılar xalqa, milli dəyərlərə və sənətkarlığa xidmət etməlidir: “Birinci növbədə aparıcı efirdə etik-əxlaqi normativlərə riayət etməlidir. Özü də intellektual olmalıdır. Bütün bunlar aparıcıda yoxdursa, onun canlı yayımda spaqat açması normal deyil”. 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam