Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Ərdoğan Rusiyaya getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya işgüzar səfərə gedib.

Yenixeber.org: “Anadolu” xəbər verir ki, onu səfərdə müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, nəqliyyat və infrastruktur naziri Cahit Turhan, kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli, enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın müşaiyət edir.

R.T.Ərdoğan bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Bu, dövlət başçıları arasında 2019-cu ildə ilk görüş olacaq. Prezidentlər Türkiyə-Rusiya münasibətlərini, Suriyadakı vəziyyəti və bir sıra bu kimi məsələləri müzakirə edəcəklər.

Səfər bir gün davam edəcək.

Qeyd edək ki, 2018-ci ildə R.T.Ərdoğanla V.Putin arasında 7 təkbətək görüş olub. Dövlət başçıları 18 dəfə telefonla danışıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam