Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

ABŞ Suriyaya 600 dəniz piyadası göndərib

 

ABŞ Suriyaya 600 dəniz piyadası göndərib
Suriyadakı qoşunlarının təhlükəsiz şəraitdə çıxarılmasını təmin etmək üçün ABŞ-ın göndərdiyi əlavə hərbçilər - 600 dəniz piyadası artıq Suriyadadır.

 Yenixeber.org: Türkiyə KİV-ləri xəbər verir ki, yeni gələn amerikalı əsgərlər Fərat çayının şərqindəki Hərab İşq və Sırrin aviabazalarında yerləşdiriliblər.
Qeyd olunub ki, 600 amerikalı dəniz piyadası daha sonra qruplar şəklində ABŞ-ınSuriyadakı 18 hərbi bazasına göndəriləcək. Hərab İşq və Sırrin aviabazaları isə ABŞqoşunlarının Suriyadan çıxması üçün əsas təxliyyə mərkəzi kimi istifadə ediləcək. Hasəkə rayonunun şimal-şərqindəki Rumeyla və şimalındakı Təl-Beydər hərbi bazaları isə ağır hərbi texnika və materialların hava yolu ilə çıxarılmasında istifadə olunacaq.

Xatırladaq ki, 2 həftə əvvəl ABŞ hərbi dəniz qüvvələri Suriyadakı qoşunların təhlükəsiz şəraitdə çıxarılmasını təmin etmək üçün Suriyanın Aralıq dənizi sahillərinə yüzlərlə dəniz piyadası, helikopterlər və digər hərbi aviatexnikadan ibarət “Kearsarge” desant gəmisini göndərmişdi. ABŞ hərbçilərinin təhlükəsizliyi baxımından Suriyadakı qoşunların təxliyyə planı və marşrutu barədə məlumat gizli saxlanılır. Lakin xarici KİV-lər yazır ki, ABŞ Suriyadakı qoşunlarının bir hissəsiniİranın qarşısını almaq üçün Suriyanın cənubundakı Ət-Tanfa hərbi bazasında saxlayacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam