Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Əliyev-Paşinyan danışıqlarına etibar etməliyik –Rusiya rəsmisi

 

Ermənistan və Azərbaycan liderlərinin görüşünü alqışlayırıq və arzu edirik ki, bu görüşlər davam etsin.

Yenixeber.org: Bunu İrəvanda jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasin deyib.

“Bunun üzərində ATƏT-in Minsk Qrupunun həmsədrləri çalışırlar. Mən anladığım qədəri ilə həm liderlər, həm də XİN rəhbərləri səviyyəsində yeni görüşlər qarşıdadır. Görüşlər yaxşı hazırlanmalıdır ki, onlar substantiv olsun, real nəticələr gətirsinlər”, – deyə o bildirib.

Onun sözlərinə görə, bütün həmsədrlər Qarabağ konfliktinin həllində güc variantını rədd edirlər:

“Hər kəs inkişafın sürətli olmasını istəyir. Realist olmaq lazımdır. Sağlam məntiqə, Ermənistan-Azərbaycan rəhbərləri arasında beynəlxalq ictimaiyyətin köməyi ilə danışıqlara etibar etmək lazımdır”.

O, Rusiyanın Qarabağ məsələsində ABŞ və Fransa ilə ATƏT-in Minsk Qrupu çərçivəsində yaxşı əlaqələrə sahib olduğunu deyib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan ictimaiyyətləri arasında qarşılıqlı etibarı yetişdirmək lazımdır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam