Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Tarixin ən dəhşətli SOYUĞU ÖLKƏYƏ DAXİL OLDU - FOTO

Tarixin ən dəhşətli SOYUĞU ÖLKƏYƏ DAXİL OLDU - FOTO

ABŞ-ın bir çox ştatlarında proqnozlaşdırılan soyuq hava kütləsi ölkəni vurdu. "Qütb girdabı" adı verilən soyuq hava kütləsi ölümləri də özü ilə gətirdi.

Yenixeber.org: Artıq ölənlərin sayı 12 nəfərə çatıb.

Ölkənin mərkəzi və qərbində temperaturun mənfi 50 dərəcə olduğu bildirilir. Minnesota ştatında isə 54 dərəcəyə kimi şaxtanın olacağı proqnozlaşdırılır. Dondurucu soyuqlar ölkənin təxminən dörddə üç hissəsini təsiri altına alıb. Bu, ölkə əhalisinin təxminən 250 milyonunun yaşadığı ərazidir.

10 ştatda məktubların paylanılması dayandırılıb, yüzlərlə orta məktəb, kollec və universitet fəaliyyətini dayandırıb.

Soyuq havaları fürsətə çevirən prezident Donald Tramp qlobal istiləşmənin olduğunu deyənlərə sataşıb.

“Qlobal istiləşməyə nə oldu? Xahiş edirik, dərhal geri gəl, sənə ehtiyacımız var”, - dövlət başçısı tvitter hesabında yazıb.

Milli Okean və Atmosfer Hadisələri Təşkilatı isə 2015-ci ildə dərc olunan bir məqaləyə istinad edərək Trampa “qış fırtınaları qlobal istiləşmənin olmadığını sübut edə bilməz” cavabını verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam