Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Milli Kitabxanada “Məhəmməd Əmin Rəsulzadə - 135” kitab sərgisı açılıb

Sərgidə Məhəmməd Əmin Rəsulzadənin müəllifi olduğu əsərləri, haqqında yazılmış kitablar, dövri mətbuat materialları nümayiş olunur.

 

Yenixeber.org: Milli Kitabxanada ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən, Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən biri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135 illiyi münasibətilə “Məhəmməd Əmin Rəsulzadə - 135” adlı geniş kitab sərgisi açılıb.

Mədəniyyət Nazirliyindən "Report"a verilən xəbərə görə, sərgidə Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan və xarici dillərdə nəşr olunmuş müəllifi olduğu əsərləri, haqqında yazılmış kitablar, dövri mətbuat materialları nümayiş olunur.

Eyni zamanda əməkdar incəsənət xadimi, şair Əli Qulu oğlu Cavadzadənin (Əli Tudə) anadan olmasının 95 illiyi münasibətilə “Əli Tudə-95” adlı kitab sərgisi açılıb.

Sərgidə şairin müəllifi olduğu Azərbaycan və digər dillərdə nəşr olunmuş əsərləri, haqqında yazılmış kitablar, dövri mətbuat materialları sərgilənir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam