Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Sarqsyan 5 saat dindirilib

 

 

Ermənistanın keçmiş Prezidenti Serj Sarqsyan 2008-ci il martın 1-dəki hadisələrlə bağlı Xüsusi İstintaq Komitəsində 5 saat ifadə verib.

Yenixeber.org: Məlumatı “Armtimes” şəxsi mənbələrinə əsasən yayıb.

Onun bu işlə bağlı istintaqa yenidən çağırılacağı da vurğulanıb.

Xatırladaq ki, Xüsusi İstintaq Komitəsinin başçısı Sasun Xaçatryan eks-prezidentin ifadə vermək üçün quruma çağırılacağını bildirmişdi.

Qeyd edək ki, Serj Sarqsyan 2008-ci ilin fevral ayında keçirilən prezident seçkilərində namizəd olaraq iştirak edib. O vaxt Ermənistanın Mərkəzi Seçki Komissiyası onun 52,8 faiz səs topladığını elan etmişdi. Həmin siyasi kampaniyada Sarqsyanın Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyana qalib gəldiyi bildirilmişdi. 2008-c il martın 1-də səsvermənin nəticələrinə etiraz edənlərə qarşı güc tətbiq olunmuşdu. Hadisələr zamanı 10-dan çox aksiyaçının öldürüldüyü barədə məlumat yayılmışdı. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam