Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Yerevanda etiraz aksiyası:“Paşinyan inqilab etməyib, hakimiyyəti hədiyyə alıb” (Video)

“Müəllim, hərbçi, dövlət qulluqçusu öz ailələrini saxlamağa yetəri qədər əmək haqqı almır, çətin vəziyyət ucbatından gedib taksi sürücüsü işləyirlər, 99% bu belədir”.

Yenixeber.org: Erməni KİV-i xəbər verir ki, bu barədə bu gün Ermənistan hökumət binası qarşısında baş tutan etiraz aksiyasında nümayişçilər qeyd ediblər.

“Həmin Nikol Paşinyan özü demişdi ki, may ayında keçiriləcək seçkilərədək hamı üçün bərabər şərait yaradılacaq. Bununla da xalqı eyforiya içinə salaraq, səs topladı. Nikol Paşinyan inqilab etməyib, hakimiyyəti hədiyyə alıb. Serj Sarkisyan hakimiyyəti sinidə Nikol Paşinyana hədiyyə verib. Sən, Nikol Paşinyan, Levon Ter Petrosyanın etdiklərini, təkrar edirsən”, - deyə etiraz aksiyasının iştirakçısı Viqen Davtyan qeyd edib.

Onun fikrincə, Yerevanın nəqliyyat yükü, taksilərin say çoxluğu, yaranan problemlər səriştəsiz idarəetmənin nəticəsidir. Taksi sürücüləri qeyri-bərabər iş şəraitinə və ümumiyyətlə işsizliyə görə hökuməti, Nikol Paşinyanı tənqid edib, indiki hakimiyyətin əvvəlkilərdən heç bir fərqi olmadığı, əhalinin güzaranı üçün heç bir əməli tədbir görülmədiyini xatırladıblar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam