Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Rəsul Cəfərova qarşı ittihamlar irəli sürülür

 

İnsan Haqları Klubunun həbsdə olan sədri, hüquq müdafiəçisi Rəsul Cəfərova qarşı əlavə ittihamlar elan edilib.

"Xeberinfo.com":  Vəkil Fariz Namazlının APA-ya verdiyi məlumata görə, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən R. Cəfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə əlavə ittiham elan olunub.

Qeyd edək ki, R. Cəfərov avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb.

Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbirinin seçilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam