Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İdlib əməliyyatı niyə gecikib? –Səbəb (VİDEO)

Türkiyə, Rusiya və İranın İdlibdə birgə əməliyyata başlaması ehtimalı olduqca azdır.

,Yenixeber.org: Bu sözləri beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev deyib. Politoloq birgə İdlib əməliyyatının mümkünsüzlüyünü ilk növbədə sözügedən dövlətlərin mövqeyinin uzlaşmaması ilə əlaqələndirib:

“İran bölgəyə dair tamamilə başqa mövqe yürüdür, Rusiya öz maraqlarını İran və Suriyanınkı ilə uzlaşdırır. Türkiyənin maraqları isə çoxtərəflidir. Buna görə də bu üç qüvvənin İdlibdə birgə əməliyyata başlaması ehtimalı olduqca azdır. Digər tərəfdən Rusiya hələ də Türkiyənin islami qüvvələrə bu və ya digər şəkildə dəstək verdiyini düşünür. Düzdür, Türkiyə əvvəllər İdlibdə Əsədə qarşı olan qüvvələri radikal müxalifət hesab etmirdi, ancaq sonradan bu mövqeyini dəyişdi. Təbii ki, Türkiyənin mövqeyini dəyişməsi səbəbsiz deyil. Ərdoğanın mesajına diqqət yetirdinizsə, o bildirdi ki, Türkiyə üçün əsas vacib məqam İdlib xalqının rahatlığıdır. Əslində, Moskva və Tehran Ankaranın bu prosesdə iştirakını sadəcə Əsədə yaxın qüvvələrin qorunması kimi qiymətləndirirlər. Bu isə Rusiya və İranın Türkiyəyə yaşıl işıq yandıracağı anlamına gəlmir”.

Politoloq əslində, Türkiyənin də İdlibdə əməliyyatlara başlamaq istəmədəyini bildirib:

“Türkiyə daha çox bu bölgədə mümkün əməliyyatların qarşısını almaq istəyir və məhz bu səbəblə əməliyyatlara qatılmaq niyyətində olduğunu açıqlayıb. Üstəlik, Türkiyə Rusiya və İranın ona imkan verməyəcəyini bilir, bu səbəbdən də zamanı uzadır”.

F.Mehdiyev Suriya məsələsinin həllində ən ciddi sıxıntılardan birinin ASO-nun taleyi ilə bağlı olduğunu deyib:

“Əslində, Rusiya və İran birinci ASO-nun təhlükəsizliyi, ikinci isə YPG və PYD ilə bağlı Ankaraya dəqiq zəmanət versə, Türkiyə Əsəd hökuməti ilə razılaşar”.

Qeyd edək ki, Rusiya, Türkiyə və İran liderləri fevralın 14-də Soçidə İdlibə mümkün əməliyyatla bağlı mövzuları müzakirə ediblər. (Axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam