Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Türkiyə daha 2 ədəd “F-35” qırıcısı alacaq

 

Türkiyə daha 2 ədəd “F-35” qırıcısı alacaq
““F-35” Birgə Zərbə Qırıcı Proqramı”nda tərəfdaş kimi iştirak edən Türkiyə bu proqram çərçivəsində mart ayında ABŞ-dan daha 2 ədəd “F-35” qırıcı təyarəsi alacaq.
 Yenixeber.org: Bu barədə Türkiyə müdafiə sənayesi naziri İsmayıl Dəmir açıqlama verib. 

“Yenə də təkrar edirik, biz “F-35” və ya “Patriot”la bağlı məsələnin texniki yönündəyik. Artıq iki təyyarənin təslimatı edilib. Daha 2 ədəd “F-35” təyyarəsinin təhvili isə gələn ay baş tutacaq. Hazırda Türkiyənin istehsal məsələsində iş bölgüsü baxımından nə edə biləcəyi barədə müzakirələr aparırıq” - Dəmir vurğulayıb. 

Qeyd edək ki, 2002-ci ildən etibarən ““F-35” Birgə Zərbə Qırıcı Proqramı”nda tərəfdaş kimi iştirak edən Türkiyə bu proqram çərçivəsində ABŞ-dan 100 ədəd “F-35” qırıcısı almağı planlaşdırır. Pentaqon ilk dəfə 2018-ci ilin 21 iyununda 2 ədəd beşinci nəsil “F-35” tipli çoxfunksiyalı qırıcı təyyarəni Türkiyəyə təhvil verib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam