Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Rusiya ... ABŞ-la danışıqlara hazırdır, amma..."- Putindən mesaj

 

“Bağlı qapını döyməyəcəyik” – Putindən mesaj
Rusiya tərksilah mövzusu ilə bağlı ABŞ-la danışıqlara hazırdır, amma artıq bağlı qapını döyməyəcək və Vaşinqtonun bu məsələyə dair bərabərhüquqlu dialoqun vacibliyini dərk etməsini gözləyəcək.
 Yenixeber.org: Bunu Rusiya prezidenti Vladimir Putin bu gün Federal Yığıncağa (Rusiya parlamenti) ənənəvi illik müraciətində deyib. Bildirib ki, son illər ABŞ-ın Rusiyaya münasibətdə yürütdüyü siyasəti, çətin ki, dostcasına adlandırmaq olar. 

“Rusiyanın qanuni maraqlarına məhəl qoyulmur, mütəmadi şəkildə müxtəlif növ anti-Rusiya aksiyaları təşkil edilir. Vurğulamaq istəyirəm ki, bizə qarşı beynəlxalq hüquq nöqteyi-nəzərindən tamamilə heç bir əsası olmayan yeni sanksiyalar tətbiq edilir. Son onillikdə beynəlxalq təhlükəsizliyin müqavilə-hüquq bazası praktiki olaraq tamamilə və birtərəfli qaydada sökülür. Bununla belə, Rusiyanı az qala ABŞ üçün başlıca təhdid adlandırırlar. Düzünü deyəcəm - bu, yalandır. Rusiya ABŞ-la bərabər, tamhüquqlu və dost münasibətlərinə malik olmaq istəyir. Rusiya heç kəsi təhdid etmir, təhlükəsizlik sahəsindəki bütün davranışlarımız isə yalnız cavab, yəni müdafiə xarakteri daşıyır. Biz, tərksilah mövzusunda danışıqlara hazırıq. Lakin daha bağlı qapını döyməyəcəyik və partnyorlarımızın bu mövzuya dair bərabərhüquqlu dialoqun vacibliyini dərk etməsini, yetkinləşməsini gözləyəcəyik”, – deyə Putin vurğulayıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam