Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Professor vəfat etdi - FOTO

Professor vəfat etdi -FOTO

Bakı Dövlət Universitetinin Kitabşünaslıq və nəşriyyat işi kafedrasının professoru Bayram Allahverdiyev vəfat edib.

Yenixeber.org:  BDU-dan  verilən məlumata görə, o, 81 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, B.Allahverdiyev 23 yanvar 1938-ci ildə anadan olub. O, 1992-2012-ci illərdə Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri olub. Azərbaycanda ilk dəfə əlyazma kitablarının yaranması, tərtibatı və yayılması xüsusiyyətlərini aşkara çıxarıb. Azərbaycan kitabının tipologiyası, Azərbaycan texniki kitabının nəşri, formalaşması qanunauyğunluqlarını tədqiq edib.

2008-ci ildən “Kitabşünaslıq və Nəşriyyat işi” elmi-nəzəri və təcrübi jurnalının təsisçisi və baş redaktoru olub. BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin Elmi Şurasının üzvü, 8 kitabın, 100-ə yaxın elmi məqalənin müəllifi olub və bir çox elmi konfranslarda iştirak edib. “Qızıl qələm“ mükafatı laureatı olan B.Allahverdiyev, eyni zamanda, “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.

 

  • Professor vəfat etdi -FOTO

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam