Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Nazir polkovniki bağışladı və vəzifə verdi

 

Daxili İşlər naziri Ramil Usubov cəzalandırdığı kadrlardan birini bağışlayıb.

"Xeberinfo.com":  Məlumata  görə, Daxili İşlər Nazirliyinin sərəncamında olan Qafar Haqverdiyev Sumqayıt şəhər 13-cü Polis Bölməsi rəisinin əməliyyat işləri üzrə müavini vəzifəsinə təyin olunub. Qafar Haqverdiyev 2 ay əvvəl Abşeron Rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin rəisi vəzifəsindən azad olunmuşdu.

Xatırladaq ki, bu ilin oktyabrında Daxili İşlər naziri general-polkovnik Ramil Usubov idarə və şöbə rəislərinin iştirakı ilə əsas mövzusu ölkə ərazisində cinayətkarlığa qarşı mübarizənin aparılması, mülkiyyət əleyhinə və narkotiklərlə bağlı cinayətlərin açılması, həmçinin təqsirlərdirilən şəxslərin tutulması sahəsində görülən işlərlə bağlı kollegiya iclası keçirmişdi. İclasın nəticəsi olaraq nazir bir sıra əmrə imza ataraq, vəzifəli şəxsləri cəzalandırmışdı. Həmin siyahıda Abşeron Rayon Polis şöbəsinin Cinayət axtarışı bölməsinin rəisi polis polkovnik-leytenantı Qafar Haqverdiyev də var idi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam