Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Bakı yolları bağlandı, metroda problem yarandı

 

Səhər saatlarından başlayaraq, stansiyalarda sıxlığa səbəb bu gün metrodan istifadə edən sərnişinlərin sayının həddən artıq çox olması olub.

Yenixeber.org: Bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bu gün səhər saatlarında qatarların gecikməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, metrodakı sıxlıq və qatarlararası intervalın uzanması hər hansısa problemlə əlaqədar olmayıb:

“Qatarların hərəkətində hansında texniki nasazlıq olmayıb. Qatarlararası intervalın artmasının səbəbi sərnişin çoxluğundan stansiyalarda qatarların ləngiməsidir. Qatarın qapıları bağlnmasa, yola çıxa bilməz. Ona görə müəyyən yubanma yaranıb”.

Qeyd edək ki, bu gün səhər saatlarından metroda qatarların hərəkətində ləngimələr baş verib. Hətta "Həzi Aslanov"-"Dərnəgül" istiqamətində hərəkət edən qatar "Gənclik"-"28 May" stansiyaları arasında 15 dəqiqə tuneldə qalıb.

Yeri gəlmişkən bildirək ki, Xocalı hadisəsinin 27-ci il dönümünə görə keçiriləcək yürüşlə əlaqədar olaraq bir çox yollar bağlanıb. Bu səbəbdən metrodan istuifadə edənlərin sayı artıb.(axar)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam