Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Pakistan Hindistanın iki təyyarəsini vurdu -Video

 

 

Pakistan ordusu Hindistan Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarəni vurduğunu açıqlayıb.

Yenixeber.org: Bu barədə Pakistan Silahlı Qüvvələrindən məlumat verilib.

“Bu gün səhər Hindistan aviasiyası iki ölkəni ayıran sərhədi pozub. Pakistan aviasiyası ölkənin hava məkanını pozan iki hind təyyarəsini vurub. Təyyarələrdən biri Azad Kəşmir ərazisinə, digəri isə ümumi nəzarət məntəqəsi rayonuna düşüb”, - Pakistan Silahlı Qüvvələrinin mətbuat xidmətinin rəhbəri general-mayor Asif Qafur deyib.

Onun sözlərinə görə, hind pilotlardan biri saxlanılıb.

Hadisə ilə bağlı Pakistan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Kəşmirdə hind təyyarələrinin vurulması özünümüdafiə xarakteri daşıyır.

Bu gün Pakistan Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarələrinin Kəşmir nəzarət xəttini keçərək Hindistanın Cammu-Kəşmir bölgəsinə girdiyi və Hindistan təyyarələrinin də buna qarşılıq verdiyi bildirilimişdi.

Baş verənlərlə bağlı bölgədə olan 4 hava limanı bağlanıb. Hindistanın “Eyrlayn Vistara” aviaşirkəti ölkənin şimalına həyata keçirdiyi bütün uçuşları dayandırdığını bəyan edib.

Hindistan mətbuatı isə Pakistan Hərbi Hava Qüvvələrinə məxsus 1 təyyarənin vurulduğunu bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam