Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Xədicə İsmayıla xəbərdarlıq

 

Bu gün 1 saylı Bakı İstintaq Təcridxanasında vəkillər Elton Quliyev və Fariz Namazlı Xədicə İsmayılla görüşüblər. 
"Xeberinfo.com": Məlumata görə, X. İsmayılın səhhəti normaldır.

E.Quliyevin sözlərinə görə, X. İsmayıl dostlarına salam göndərib və möhkəm olmalarını xahiş edib.

Vəkil F. Namazlı isə bildirib ki, tədricxana rəhbərliyi X. İsmayıla xəbərdarlıq edib:

“Tədricxana rəhbərliyi Xədicə xanımın mətbuatda dərc edilən yeni il təbrikindən narahat olub. Tədricxana əməkdaşları təbriklə bağlı X. İsmayıldan izahat alıblar. X. İsmayıl bildirib ki, məktubla bağlı izahat almaq tələbinin qanuniliyinə şübhə ilə yanaşır. Bununla yanaşı, X. İsmayıl izahat verib və bildirib ki, yeni il təbrikini mətbuata telepatiya üsuli ilə catdırıb. 

Daha sonra Xədicə xanımın saxlandığı kameraya gələn tədricxana rəhbərliyi ona xəbərdarlıq edib. Xəbərdarlıqda göstərilib ki, guya X. İsmayılova tədricxana rəhbərliyinə qeyri-qanuni tələblər irəli sürüb. Xədicə İsmayıl isə bu xəbərdarlığı imzalamaqdan imtina edib”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam