Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Şeyx çoxarvadlılığa qarşı çıxdı

Şeyx dövlət televiziyasında çıxışı zamanı çoxarvadlılığı tənqid edib.

Yenixeber.org: Misirin nüfuzlu din xadimi, Əl-Əzhər məscidinin baş imamı Şeyx Əhməd əl-Tayyubun çıxışı ölkəni qarışdırıb.

Şeyx dövlət televiziyasında çıxışı zamanı çoxarvadlılığı tənqid edib.

O, çoxarvadlılığa üstünlük verənlərin səhv etdiyini bildirib: “Bir xanımla evlilik şərtdir. Quranı tam oxuyub anlamayanlar bu şəkildə düşünürlər. Bu isə qadınlara və uşaqlara qarşı haqsızlıqdır. Cəmiyyətin yarısı qadınlardır. Əgər onların problemini həll etməsək, tək ayaqla addımlamalı olarıq”.

Şeyxin bir kişinin 4 qadın almasına qarşı mövqeyi ciddi rezonansa səbəb olub. Qadın təşkilatları şeyxi dəstəklədiyi halda sosial şəbəkələrdə kişilər onu ciddi tənqid edib. Bəyan olunub ki, çoxarvadlılıq qadınlara xoş gəlir və beləcə onların evlənmək problemini aradan qaldırır.

Bu təzyiqlərin qarşısında Şeyx Əhməd el-Tayyib yenidən açıqlama verərək bəyan edib ki, çoxarvadlılığın qadağan edilməsinə çağırış etməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam